Onlayn ictimai-siyasi qəzet
İranda prezident seçkilərində səsvermə başa çatıb.
Musavat.com bu barədə İran mətbuatına istinadən xəbər verir. Seçki məntəqələrinin qapıları saat 00:00-da bağlanıb.
Bütün seçki məntəqələrində səslərin hesablanması prosesinə start verilib.
Qeyd edək ki, seçki müddəti 18.00-da bitməli olsa da, vaxt saat 00.00-a qədər uzadılıb. İran Seçki Komissiyası səsvermə müddətinin uzadılmasını isti hava ilə izah edib.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ