İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda rusiyalı sürücü güllələndi - meyiti bu şəhərdə tapıldı

Rusiya vətəndaşı olan sürücü İranda öldürülüb.

Musavat.com bu barədə xarici mediaya istinadən bildirir.

Rusiyanın Tehrandakı səfirliyinin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, qətlə yetirilən rusiyalı yük maşını sürücüsünün meyiti İranın şimalındakı Gilan əyalətində tapılıb.

“Bu il dekabrın 16-da Astara şəhəri yaxınlığındakı parkda Dağıstan əsilli Rusiya vətəndaşının güllə yaraları olan meyiti aşkar edilib. O, yük maşınının sürücüsü olub”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Departament aydınlaşdırıb ki, hazırda İran hakimiyyət orqanları Rusiyanın Rəştdəki Baş Konsulluğu və İrandakı səfirliyinin yaxından nəzarətində olan araşdırma aparır.

“Rusiya tərəfi iranlı həmkarlarımızı təcili və hərtərəfli araşdırmaya, günahkarları cəzalandırmağa və Astara sərhəd-keçid məntəqəsində asayişi bərpa etməyə çağırır”, - məlumatda daha sonra bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Dekabr 2024

22 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR