İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda repressiv qüvvələr azyaşlını vəhşicəsinə döydülər - FOTO

İranın Abdanan şəhərində repressiv qüvvələr azyaşlını vəhşicəsinə döyüblər.

Musavat.com bu barədə Güney Azərbaycan hərəkatına bağlı telegram kanallarına istinadən məlumat verir.

Bildirilib ki, molla hökumətinin xüsusi təyinatlıları atasının həbsinə etiraz və oturaq aksiya keçirən Tiyam Şahmuradi adlı 12 yaşlı qızı ailəsinin gözü qarşısında döyərək oturaq aksiyanın dağıdılmasını tələb ediblər.

Həbs olunanların ailələri vandalların bu hərəkətinə qarşı müqavimət göstəriblər.

Tiyam 14 gündür ki, Abdanan məhkəməsinin önündə oturaq aksiyaya keçirib və atasının azad edilməsini tələb edib.

Toğrul İSMAYIL,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR