İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda PUA-ların iştirakı ilə təlim keçiriləcək

İranda 24 avqustda pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlim keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, İsfahan əyalətinin Ənarək bölgəsində keçiriləcək təlimdə müxtəlif hərbi bazalardan 150-dən çox PUA iştirak edəcək. Təlimlər 1000 kilometrə qədər məsafəni əhatə edəcək.

Manevrlərdə düşmən təyyarələrini aşkarlayan “Omid” antiradar pilotsuz təyyarəsi də iştirak edəcək.

Təlimdə məqsəd pilotsuz təyyarələrin döyüş qabiliyyətini yoxlamaq və onlara qarşı mübarizə sistemlərini qiymətləndirməkdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR