İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda güneyli bloqqer parlament sədrinin qızına görə həbs edildi  

Qəzvin şəhərindən olan bloqqer Vəhid Neməti iyunun 28-də yayımladığı klipə görə təhlükəsizlik qüvvələri tərəfindən çağırılaraq saxlanılıb.

Musavat.com xəbər verir ki, teleqram kanallarında yayılan məlumata görə, o, paylaşdığı videoda atası prezident seçkilərində namizəd olmuş İran parlamentinin hazırkı sədri Məhəmməd Baqer Qalibafın qızı Məryəm Qalibafın bu yaxınlarda televiziya proqramlarından birində iştirak etdiyi görüntülərdən və sözlərindən istifadə edib.

Xatırladaq ki, son günlərdə sosial şəbəkələrdə Qalibafın qızı və onun həyat yoldaşının 2022-ci ildə Türkiyədə səfərdə olarkən çəkilən görüntüləri geniş əks-səda doğurmuşdu.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR