İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etirazlar şiddətlənir- Bu bölgələrdə aksiyalar keçirilib- SİYAHI

İranın Əhvaz, Təbriz, Tehran şəhərlərində etiraz aksiyaları davam edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, etirazlarda “Azadlıq, Ədalət, Milli Hökumət!”, "Xameneyiyə ölüm!" ,"Diktatora ölüm!" və digər şüarlar səsləndirilib.

Tehranın Çitgər bölgəsində sakinlər anti-hökumət şüarları səsləndiriblər: “Xameneyiyə ölüm!", "Diktatora ölüm!"

Sosial mediada yayılmış videoya əsasən, Tehran metrosunda bir gənc insanları molla rejiminə qarşı ayağa qalxmağa səsləyib. Gənc oğlan deyib: "Bizə belə yaşamaq lazım deyil, ölmək bundan yaxşıdır. Xoyda zəlzələdən zərər çəkənlər qalıb bir tərəfə, hökumət Suriyanın fikrindədir, hamımız etiraz üçün küçələrə axışmalıyıq. Bu inqilabı qadınlar başlatdı, biz bunu unutmamalıyıq”.

Tehran Fərmaniyyə bölgəsində etirazçılar gecə şüar səsləndirblər: “Molla kəfənlənməyincə bu ölkə ölkə olmaz!”

Şərqi Azərbaycan əyaləti:

Azərbaycan Milli Hərəkatının fəalları Təbrizin Çaykənar bölgəsində baner quraşdıraraq, son yüz ildə Azərbaycan millətinə qarşı sistemli ayrı-seçkiliyə etirazlarını bildiriblər. Plakatda “Azadlıq, Ədalət, Milli Hökumət!”,-şüarı yazılıb.

Xuzistan əyaləti:

Əhvaz şəhərində etirazçılar  polis qüvvələrinin qərargahına hücum ediblər. Nəticədə çoxlu sayda polis qüvvələrinin öldürüldüyü və yaralandığı bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR