İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda etiraz aksiyalarının yeni MOTİVLƏRİ

Ərdəbilin Savalan Elektrik Stansiyasında layihə üzrə çalışan fəhlələr üç ay gecikmiş əməkhaqlarının ödənilməməsinə etiraz olaraq etiraz aksiyası keçiriblər.

Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.

Eyni zamanda İran-İraq müharibəsi əlilləri BMT-nin Tehrandakı nümayəndəyinin qarşısında etiraz aksiyası keçirib. Etirazçılar “müharibə əlilliyi kompensasiyası” almaq və müavinətlərinin artırılmasını tələb ediblər.

Ümumiyyətlə, İranın müxtəlif ərazilərində bu kimi aksiyalar genişlənib.

Onlar aşağıdakılardır:

Dorud (Luristan əyaləti) Sənədlərin və Daşınmaz Əmlakın Qeydiyyatı təşkilatının işçilərinin maaşlarının azlığına və dolanışığın çətinliyinə etiraz edərək tətil edərək aksiya keçiriblər.

Əhvazda sosial təminat təqaüdçüləri aksiyası keçirərək, “Suriyanı tərk edin, vəziyyətimizi düşünün” kimi şüarlar səsləndiriblər.

Şuşda sosial təminat pensiyaçılarının toplanması pis həyat şəraiti, yoxsulluq, ayrı-seçkilik və bərabərsizliklərə etiraz ediblər.

Xuzistan əyaləti, Şuştər şəhərində sosial təminat pensiyaçıları tələblərinin təmin edilməməsinə etiraz olaraq şəhərin sosial təminat təşkilatı qarşısında aksiya keçiriblər. Tehran çörəkçiləri yaşayış şəraitinə etiraz etmək üçün aksiya keçiriblər.

Kəhguliyyə və Buyer-Əhməd əyalətində Yəsuc bələdiyyə işçiləri şəhər şurası qarşısına toplaşaraq tələblərinin dərhal ödənilməsini tələb ediblər.

“Yazd Steel” şirkətinin işçiləri tələblərinin nəzərə alınmamasına etiraz olaraq işləri dayandıraraq tətilə başlayıblar.

Həft Təpə şəkər qamışı kompleksinin 600-dən çox işçisi artıq ikinci gündür ki, bu şirkətin idarə binası qarşısına toplaşıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR