İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda erməni icmasının qadınları Anna Akopyanla görüşmədilər - DETALLAR 

İranda “nüfuzlu qadın” Anna Akopyan alçaldılıb.

Musavat.com İran telegram kanallarına istinadən xəbər verir ki, bu barədə jurnalist Nairi Oxikyan yazıb.

Nikol Paşinyanın xanımı İran paytaxtında keçirilən “Nüfuzlu qadınlar” forumunda iştirak edərkən xoşagəlməz reallıqla üzləşib.

“Məlum olduğu kimi, Anna Akopyan erməni icmasının nümayəndələri ilə görüşmək istəyəndə ümumi rədd cavabı alıb.

İran erməniləri Ermənistandan gələn “nüfuzlu qadını” görmək istəməyiblər, hesab ediblər ki, satqınlarla danışacaq heç bir şey yoxdur.

Məndə olan məlumata görə, hətta Tehranın erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək, xeyir-dua almaq imkanı olmayıb.

Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır.

Onların hamısı öz növbəsində bütün ermənilər tərəfindən rədd ediləcək”,- deyə Oxikyan yazıb.

 Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR