İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda dinc aksiyalar keçiriləcək - FOTO

Azərbaycanın Tehrandakı səfirliyində törədilən terror aktı ilə bağlı İranda dinc aksiyalar keçiriləcək.

Musavat.com-un məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı xəbər verir.

Bildirilir ki, terror hadisəsi zamanı şəhidlik zirvəsinə ucalan Orxan Əsgərovun ailəsinə başsağlığı vermək üçün insanlar yanvarın 29-da Azərbaycanın Tehrandakı səfirliyi, Azərbaycanın Təbrizdəki Baş Konsulluğu və Güney Azərbaycanın digər şəhərlərində yerləşən nümayəndəliklərin qarşısında yerli vaxtla saat 17:00-da toplaşmağa çağırılırlar.

Azərbaycanın diplomatik nümayəndəliklərinin önündə şam yandırılaraq şəhidin xatirəsi ehtiramla yad ediləcək və terror hadisəsi qətiyyətlə pislənəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR