İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda bəhai qadın fəal həbs edilib

Bəhai təriqətinin ardıcılı olan qadın fəal və fizioloji psixologiya sahəsində tədqiqatçı Müjgan Salmanzadənin Qərbi Azərbaycan əyalətinin Makı şəhərində həbs edildiyi bildirilib.

Məlumata görə, o, İran təhlükəsizlik orqanları tərəfindən heç bir səbəb göstərilmədən saxlanılıb.

Yaxınlarının məlumatına görə, xanım Salmanzadə bu yaxınlarda valideynlərini itirib və tənhalıqla mübarizə aparmaq üçün səyahətə çıxıb. Qeyd olunub ki, İranda “Qadın, Həyat, Azadlıq” şüarı altında etiraz aksiyaları ilə eyni vaxtda bəhailərə qarşı hakimiyyətin sistemli basqıları artıb. (Radio Farda)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR