İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda baş verənlər dünya azərbaycanlılarının diqqətində

Dünya azərbaycanlıları Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində bir azərbaycanlının qətlə yetirilməsi, ikisinin isə yaralanması ilə bağlı birlik və bərabərlik nümayiş etdirərək dünya ictimaiyyətinin diqqətini regiona yönəldib, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizəyə çağırış ediblər.

Musavat.com xəbər verir ki, diaspor nümayəndələri, xaricdə fəaliyyət göstərən Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu məktəbləri və Qarabağ məktəbləri çağırışlar edib, beynəlxalq ictimaiyyətə ünvanlanan birgə bəyanat imzalayıblar.

Baş vermis qanlı hadisənin heç bir məntiqə və insanlığa sığmadığını qeyd edən soydaşlarımız səfirliyimizə xain hücumü və qanlı cinayətləri törədənləri lənətləyib, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının pozulması və İranda heç bir diplomatik nümayəndəliyin, eləcə də heç bir insanın toxunulmazlığına zəmanətin olmamasından narahat olduqlarını ifadə ediblər.  

Regionda sülh və sabitliyə əngəl törədən terror aktı barədə məlumatları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə çatdıran diasporumuz İran xüsusi xidmət orqanlarının törətdiyi ağır cinayət əməllərinin qarşısının alınması üçün beynəlxalq ictimaiyyətdən ədalətli mövqe gözlədiklərini bəyan ediblər.

Nəzərə çatdırılıb ki, İran və Ermənistan Azərbaycanın sərhədləri daxilində davamlı olaraq birgə qanunsuz əməllər törədir,  son vaxtlar 27 İran vətəndaşının Laçın yolundan istifadə edərək qeyri-müəyyən məqsədlərlə Qarabağ ərazisində olan separatçıların yanına keçməsi barədə bu günə qədər Ermənistan və İran heç bir açıqlama vermir.

Dünya azərbaycanlıları davamlı olaraq Ermənistanın müxtəlif istiqamətli terror əməlləri ilə üz-üzə qalan Azərbaycana qarşı İran İslam Respublikasının da eyni mövqedən çıxış etməsini pisləyib, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunmasını, beynəlxalq hüququn işə düşməsini tələb ediblər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR