İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 19 min 546 nəfər etirazçı həbs edilib

İnsan Hüquqları Müdafiəçilərinin xəbər agentliyi İrandakı həbslərlə bağlı məlumat yayıb.

Musavat.com xəbər verir ki, məlumatda aşağıdakılar bildirilib:

“İranda davam edən nümayişlərdə 71-i uşaq olmaqla 525 nəfərin rejim tərəfindən öldürülüb. 68 nəfər hökumət qüvvələrinin təmsilçisi həlak olub.

19.546 nəfərin tutulub, onlardan 5012-nin şəxsiyyəti təsdiq edilib, eləcə də 713 nəfəri tələbədir.

Yaşı 18-dən az həbs olunanlar 168 nəfərdir.

Eləcə də, etirazlara görə 730 nəfər məhkum edilib.

Ümumi həbs cəzalarının sayı 11.958-dir.

Edam olunan etirazçıların sayı 4-dür.

Ölüm hökmü oxunmuş etirazçıların təxmini sayı 107-dir.

Habelə, bu müddət ərzində 164 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı 1256 nümayişlər həyata keçirib və 144 universitetin tələbəsi bu etirazları dəstəkləyiblər”.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR