İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana şok xəbərdarlıq: Müharibə variantı masadadır! – Mirmahmud Mirəlioğlu ilə “Canlı debat”

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malley bildirib ki, “diplomatik yol uğursuz olarsa, İranla müharibə variantı masadadır”.

İrana edilən hücumlar xəbərdarlıq xarakteri daşıyırdı, hücumdan bir gün sonra Qətər xarici işlər nazirinin nüvə danışıqları üzrə Tehrana mesaj aparması da bu ehtimalı gücləndirən məqamdır: Vaşinqton ata biləcəyi addımları praktiki olaraq göstərdi.
Bu sözləri siyasi şərhçi Asif Nərimanlı İsrailin İrana 28-29 yanvarda zərbə endirməsi ilə bağlı qeyd edib.
“İndi İranın davranışı hadisələrin inkişafına yön verəcək. Daxili vəziyyət, beynəlxalq arenada təklənmək təhlükəsi (İrana hərbi müdaxilə Rusiya üçün mövcud vəziyyətdə sərfəli ola bilər) İranın anlaşması zərurətini yaradır. Hərçənd, Tehrandan artıq “geri çəkilməyəcəyik” açıqlamaları eşidilməkdədir. Abdullahian bildirdi ki, bu hücumlar bizi nüvə proqramının inkişafından imtinaya məcbur etməyəcək”, - ekspert qeyd edib.
İstisna deyil ki, növbəti zərbələr İranın nüvə obyektlərinə endirilsin.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində KXCP sədri Mirmahmud Mirəlioğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR