İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran zəlzələdən əziyyət çəkən azərbaycanlılara yardım edə bilər, amma qəsdən etmir” - Əhməd Obalıdan həyəcan siqnalı - VİDEO

TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatındakı “Dərin Təhlil” verilişində Xoy şəhərində zəlzələdən əziyyət çəkən soydaşlarımız mövzusu da müzakirə olunub.

GünAzTV-nin rəhbəri Əhməd Obalı bildirib ki, burda İran hakimiyyətinin məqsədli bir hərəkətsizliyi özünü göstərir: “İran öncə dedi ki, hər kəsə çadır vermişik. İki gündür ki, ölkənin daxili işlər naziri deyir ki, insanlara çadırlar çatmır. Amma biz ilk gündən “İran dövləti bu millətə çadır vermək istəmir” söylədik. Əgər istəsəydi, onu edə bilərdi. Amma ordan gələn videolar, şahidlərin dedikləri göstərir ki, insanlar şaxtalı havada, -10 dərəcədə bayırda gecələyirlər. Bu gün yenə də bəlli olur ki, İran Türkiyədən gələn yardımı geri qaytarıb. Amma problemi həll etmir. İranın yardım etməyə imkanı vardı, amma yardım etmir. Bunun iki səbəbi var. Birincisi, azərbaycanlı olduğumuza görədir. İkincisi də görünür bu dəfə daha qəddar davranırlar. Azərbaycan prezidentinin “biz güney Azərbaycandan olan soydaşlarımızı müdafiə edəcəyik” çıxışından sonra İran dövləti bəlkə də qəsdən deyir ki, görüm indi Azərbaycan dövləti sizə necə yardım edəcək. Ona görə də Azərbaycan dövlətinə müraciət etdim ki, yardım təkcə çadır göndərmək deyil. Yardım həm də bu məsələni beynəlxalq forumlara çıxarıb danışdırmaqdır. Dünya görsün ki, bu dövlət nəinki regionda qan tökür, eyni zamanda öz ölkəsində yaşayanları da taleyin ümidinə buraxıb, buzda dondurub. Faciə çox böyükdür. Qoy biz İrana yardım edək, onlar bu yardımın qabağını almaqla bütün dünyaya göstərəcəklər ki, insanlara zülm edirlər”.

Hazırda canlı yayımlanan verilişlə aşağıdakı link vasitəsilə tanış ola bilərsiz.

https://www.youtube.com/watch?v=nL35KoWqHRc

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR