İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və Ermənistan XİN rəhbərləri telefonla danışdı-rəsmi xəbərdə əsas mövzu gizlədildi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən gün iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı aparıb.

Musavat.com
bildirir ki, erməni mediası bu barədə xəbəri gecəyarısı tirajlayıb.

Respublika Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlər Ermənistan Respublikasının baş naziri ilə İran prezidenti arasında bir neçə gün əvvəl baş vermiş telefon danışığının məntiqi davamı olaraq Cənubi Qafqazda sabitlik və təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. “Regionda baş verən son hadisələrə toxunan Mirzoyan Ermənistanla sərhəddə vəziyyətin gərginləşməsinin qarşısını almaq və Azərbaycanı konstruktiv sahəyə qaytarmaq üçün tərəfdaşların səylərinin və mesajlarının vacibliyini qeyd edib. Regionda uzunmüddətli sabitliyin əldə olunması kontekstində Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin həllinin zəruriliyi də vurğulanıb”-rəsmi məlumatda deyilir.

Yekunda vurğulanır ki, həmsöhbətlər ikitərəfli münasibətlərlə bağlı məsələləri də müzakirə ediblər.

İranın Ermənistan-ABŞ birgə təlimlərindən ciddi şəkildə narahat olduğu məlumdur. Amma maraqlıdır ki, Tehranın bu narahatlığı İrəvanın açıqladığı rəsmi xəbərdə əksini tapmır, sanki heç belə təlimlər keçirilmir. Amma şübhə yoxdur ki, iki XİN rəhbərinin telefon danışığının əsas mövzusu ABŞ-Ermənistan birgə təlimləri olub və Tehran İrəvandan izahat istəyib...

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR