İnsanlara hürriyət, millətlərə istiqlal!

İran və ABŞ arasında 5-ci nüvə danışıqlarının tarixi müəyyənləşdi – Tehran açıqlama verdi

İranla ABŞ arasında nüvə proqramına dair 5-ci raund danışıqlarının tarixi artıq müəyyən edilib və yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi məlumat verib.

Əraqçi bildirib ki, danışıqların əsas məqsədi regionda sabitlik və nüvə razılaşmasına qayıdış istiqamətində irəliləyiş əldə etməkdir.

Danışıqların dəqiq yeri və vaxtı barədə məlumatın yaxın günlərdə rəsmi kanallar vasitəsilə elan ediləcəyi gözlənilir. Bu, İran və Qərb arasında diplomatik əlaqələrin yenidən fəallaşması baxımından mühüm mərhələ sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR