Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp ABŞ-a doğru hərəkət edən narkotik daşıyan “böyük sualtı qayığın” məhv edildiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, o, bu barədə TruthSocial sosial media platformasında yazıb.
Ağ Ev rəhbəri bildirib ki, qayıqda dörd nəfər olub; ikisi sağ qalıb və onlar mühakimə olunmaq üçün Ekvador və Kolumbiyaya göndəriləcək: "Mənim rəhbərliyim altında Amerika Birləşmiş Ştatları narkotik terrorçularının quru və ya dəniz yolu ilə qanunsuz narkotik alverinə dözməyəcək".
Qeyd edək ki, Tramp administrasiyası hazırda Venesuela prezidenti Nikolas Maduronu ABŞ-da narkotik qaçaqmalçılığı və zorakılıqdan məsul olan iki böyük mütəşəkkil cinayət qrupunun faktiki rəhbəri kimi görür. Bu qruplar Günəş Karteli və Tren de Araquadır.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ