İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran vaxtında geri çəkilməsə parçalana bilər”- general-mayor Yücel Karauz

 

Son aylar İranın daxilində baş verən olaylar bütün dünyanın gündəmini zəbt edib. Hazırda Məhsa Əminin öldürülməsi ilə başlanan aksiyalar davam etməkdədir. Qeyd edək ki, Məhsanın ölümünə dair cinayət işi ilə bağlı xəbərlər dərc edilməkdə davam edir. Belə ki, sözügedən cinayət işinin vəkilləri “Rouydad 24”də dərc olunan məhkəməyə göndərdikləri məktubda Məhkəmə Ekspertizası Komissiyasının rəyini qəbul etmədiklərini və əsas işlə tanış ola bilmədiklərini bildiriblər. Həmçinin onlar Əxlaq polis xidmətinin 4 əməkdaşının ifadələrinin cinayət işində olmadığını deyiblər və Məhsa həbs olunan zaman kameraların video görüntülərini tələb ediblər.

Hazırda İranda etiraz aksiyaları daha da intensiv xarakter alıb. Müxtəlif məlumatlara əsasən, İranın onlarla şəhərində başlayan geniş etiraz aksiyaları zamanı hökumət qüvvələri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verib. Əli Xameneyinin çıxışından sonra aksiyaların səngidiyini iddia edən bəzi hökumət rəsmiləri belə nümayişlərin şiddətləndiyini etiraf etməyə məcbur olublar.

Türkün ciddiyyəti və mərdliyi, İranın cırtqozluğu, namərdliyi...

Göründüyü kimi, öz ölkəsinin daxilində bu cür çaxnaşmaların baş verdiyi bir zamanda, İran qonşu ölkələrə qarşı məkrli iddialarından da əl çəkmir. Bir müddət əvvəl İranın Azərbaycanla sərhəddə, Araz çayı boyunca keçirdiyi təlimlər son günlər ölkə gündəmində daha çox müzakirə olunan mövzusu oldu. Onu da qeyd edək ki, oktyabrın 23-ü İran Silahlı Qüvvələrinin Quru Qoşunları Qərbi Azərbaycan vilayətində, İraq və Türkiyə ilə sərhəddə də hərbi təlimlərə başlayıb. Manevrlər xüsusilə Pasve və Piranşəhr yaşayış məntəqələri ərazisində təşkil olunub. Hərbi təlimlərin keçirilməsində məqsəd bölmələrin döyüş hazırlığının artırılması və gecə saatlarında hərəkətlərin işlənib hazırlanmasıdır. Qeyd edək ki, bundan əvvəl İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Araz çayı sahilində, Azərbaycan Respublikası ilə sərhəddə irimiqyaslı hərbi təlim keçirib. Təlimə regional Aşura qərargahı komandanlıq edib. Təlimlər hərbi manevr döyüş hazırlığının artırılması və yoxlanılması məqsədilə keçirilib.

Bakı Xəbər - İctimai Siyasi Qəzet

İran rəsmiləri zaman-zaman Azərbaycanı açıq bəyanatlarında da təhdid etməyə cəhd göstərirlər. Hətta İran liderləri gizlətmədən bildirirlər ki, Azərbaycanda xeyli adamlarımız var, onlar vasitəsilə təxribatlar törədə bilərik.

Lakin artıq həm Azərbaycan hökumətinin, həm də xalqının səbir kasası dolub. Bu gediş İranı heç də yaxşı yerlərə aparmır.

Askeri Ataşe Yücel Karauz: Karabağ'da Ermeni teröristlere göz yuman Rusya  sonuçlarına katlanır

Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Musavat.com-a yaranan bu vəziyyətlə bağlı deyib ki, uzun illər ərzində ermənilər İranla sərhəddə yerləşən Azərbaycan torpaqlarında vəhşilik, barbarlıq  törədib:

“Yəni 28 il İslam ölkəsi olan İran Azərbaycanın işğalı ilə bağlı səs çıxarmadı. 28 il boyunca dini abidələrə qarşı erməni vandalizminə, vəhşiliyinə göz yumdu. Paris anlaşmasından sonra Türkiyə və Azərbaycanın İrana barış əli uzatmasına rəğmən yenə də barış əlini qarşılıqsız buraxdı. İkinci Qarabağ savaşında Ermənistana yardım etdi. Ən son yaşanan olaylar çərçivəsində “Ermənistanın varlığı İranın varlığıdır” kimi açıqlama verildi. Bir yandan da bəzi diplomatları məzhəb birliklərindən dəm vurur, bəziləri isə Bakını təhdid edir. Dolayısı ilə bunlar bir dostun edə biləcəyi işlər deyil. Xüsusilə də, Zəngilan hava limanının açıldığı gün İranın xarici işlər nazirinin Ermənistanda olması da bir ismarış idi. Hazırda İran yanlış hesablama aparır. İran gah Yəməndə, gah Suriyada, gah da İraqda aranı qarışdırmaqla məşğuldur. Bu qarışdırma fəaliyyətlərinin nəticəsində öz torpaqlarında da hüzur və asayiş yox səviyyəsindədir. Demək olar ki, hazırda İranın hər əyalətində etirazlar olur. Qapalı bir toplumdur və bu hallar da İran üçün yaxşı heç nə vəd etmir”.

İran Azərbaycana hansı cəbhələrdən təsir edir? - Fars teologiyasının 3 əsas  istiqaməti… | Hokm.Az

Ekspert qeyd edib ki, İranın nə Azərbaycanı, nə də Türkiyəni təhdid edəcək gücü-qüvvəti var: “Bunlar hamısı boş sözlər, köhnə “soyuq müharibə” təqlidləridir. Biz İranı Türkiyə və Azərbaycan olaraq haqqın, ədalətin, dostluğun yanında olmağa çağırırıq. İranın ərazi bütövlüyü ilə nə Azərbaycanın, nə də Türkiyənin problemi vardır. Biz sadəcə olaraq öz torpaqlarımız içində hüzurlu yaşamaq istəyirik. Təbii ki, Şuşa bəyannaməsi ilə qarşıdakı mərhələdə Bakının güvənliyi Ankaradan, Ankaranın güvənliyi Bakıdan keçməkdədir. Azərbaycan ərazilərinə qarşı ediləcək hər hansı bir fəaliyyət , yaxud da Türkiyəyə qarşı edilən hər hansı fəaliyyət hər iki ölkəyə qarşı atılan addım sayılır. Dolayısilə, İran bir daha atdığı addımlarla bağlı düşünməlidir. Ayrıca, İranda sayları 45-50 milyon olan azərbaycanlı yaşayır. Bu olay, eləcə də II Qarabağ savaşında yaşanan olaylardan sonra da İran dərs almadı. Bir sözlə, biz İranın doğru tərəfi, haqq tərəfini seçməyini gözləyirik. Yenə təkrar edirəm, Azərbaycana atılan bir mərmi, təhdidlər Türkiyəyə edilmiş sayılır. İranın əl-ayağını toplamasını gözləyirik. Buna əməl etmədiyi təqdirdə heç gözlənilməz xarici və daxili hadisələrlə, hətta parçalanmağa qədər gedən nəticələrlə qarşılaşa bilir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR