Onlayn ictimai-siyasi qəzet
İranda iqtisadi vəziyyət getdikcə çətinləşir.
Musavat.com xəbər verir ki, bu barədə “The Arab news”-da məqalə yayımlanıb.
Məqalədə qeyd olunub ki, İranın problemli valyutası ölkənin artan təcrid olunması, SEPAH və onun bəzi üzvlərinə qarşı Avropa Birliyinin mümkün sanksiyaları fonunda ABŞ dolları qarşısında rekord minimuma düşüb.
Qeyd olunub ki, Aİ ilə Tehran arasındakı əlaqələr son aylarda nüvə danışıqlarını canlandırmaq səylərinin dalana dirənməsi səbəbindən pisləşib. İran bir neçə Avropa vətəndaşını saxlayıb və etirazçılara qarşı zorakı rəftar və edamlardan istifadəni getdikcə daha çox tənqid edilib.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ