Onlayn ictimai-siyasi qəzet
İran Fordo obyektində uranı zənginləşdirmək üçün dörd IR-6 sentrifuqası quraşdırıb.
Musavat.com xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatına istinadən məlumat yayıb.
Bundan əvvəl agentlik Tehranın Fordoda 174 IR-6 sentrifuqasından ibarət 8 kaskad quraşdırmaq istədiyini bildirmişdi. Sənəddə deyilir ki, MAQATE dörd kaskadın quraşdırılmasını təsdiq edə bilib.
Hesabatda qeyd edilir ki, İran bu obyektlərdə uranın zənginləşdirilməsinə nə vaxt və hansı səviyyədə başlayacaqlarını dəqiqləşdirməyib.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ