İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Ukrayna təyyarəsinə görə bu ölkələri MƏHKƏMƏYƏ VERDİ

İran SEPAH raketləri ilə Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması işi ilə bağlı dörd ölkəyə: Kanada, İsveç, Ukrayna və Britaniyaya qarşı Beynəlxalq Məhkəməyə şikayət edib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın “Deutsche Welle” nəşri məlumat yayıb.

İran öz şikayətində Tehranı mülki təyyarəyə qarşı silah işlətməkdə ittiham edən dörd ölkənin İslam Respublikasına qarşı şikayətinə baxmaq səlahiyyətinə malik olduğunu bəyan edən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurasının qərarının nəzərdən keçirilməsini istəyib.

Kanada, İsveç, Ukrayna və Britaniyanın İrana qarşı şikayəti 2023-cü il iyunun 5-də Beynəlxalq Ədalət Məhkəməsinə təqdim olunub. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR