Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti İran tərəfini əmin edib ki, digər ölkələrlə, o cümlədən Avropa ölkələri ilə əməkdaşlığın inkişafı İrəvan və Tehran arasında münasibətlərə zərər vermir.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.
Onun sözlərinə görə, Tehran erməni dostlarına güvənir. Mehdi Sobhani Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, Ermənistan hökuməti İranla əməkdaşlığa kifayət qədər həssas yanaşır. Onun sözlırinə görə, Tehran həmçinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, İrəvanla qonşuları arasında dinc yanaşı yaşamada maraqlıdır.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ