İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran Rusiyaya PUA-lar verməyib”- BMT-dəki daimi nümayəndə ittihamları rədd etdi

“İran Ukrayna ilə münaqişədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələr verməyib”.

Azpost.info xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Amid Səid İrəvani BMT Təhlükəsizlik Şurasının qapalı iclasında bildirib.

“İran Ukraynadakı münaqişədə istifadə üçün Rusiyaya pilotsuz təyyarələrin verilməsi ilə bağlı əsassız iddiaları rədd edir”, – İrəvani deyib.

O, həmçinin qeyd edib ki, Tehranın silah ixracı, o cümlədən istənilən ölkəyə pilotsuz təyyarələrin tədarükü BMT Təhlükəsizlik Şurasının nüvə sazişinin şərtlərini əks etdirən 2231 saylı qətnaməsinin təsirinə düşmür. Qeyd edək ki,Vaşinqton Tehranı məhz bu qətnaməni pozmaqda ittiham edir.

Bu arada, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski İran pilotsuz təyyarələrinin ölkəsinə tədarükünü dezinformasiya adlandırmışdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR