Onlayn ictimai-siyasi qəzet
Kreml Ağ Evin İranın Rusiyaya ballistik raketlər verə biləcəyi ilə bağlı bəyanatını şərh etməyib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Qeyd edək ki, bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ İranın Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirməsindən narahatdır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremlin Kirbinin bu açıqlamasını necə şərh edə biləcəyi ilə bağlı suala belə cavab verib:
"Heç bir şəkildə. Düşünürəm ki, buna şərh vermək lazım deyil".
Peskovun sözlərinə görə, Rusiya-İran əlaqələri hərbi-texniki əməkdaşlıq sahəsində inkişaf edir.
"Biz bu məlumatı heç bir şəkildə şərh etmirik", - deyə Peskov yekunlaşdırıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ