İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Rusiya ilə strateji saziş imzalamaqda niyə yayınır?

Rəsmi Tehran Rusiya ilə gələcək onilliklər üçün münasibətləri müəyyənləşdirməli olan strateji əməkdaşlıq sazişini imzalamağı yubadır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Rusiya XİN-in Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, Rusiya və İran arasında hərtərəfli əməkdaşlıq haqqında yeni sazişin imzalanması Tehran tərəfindən “texniki problemlərə görə” dayandırılıb. Kabulov vurğulayıb ki, bu saziş hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edir, ona görə də onun üzərində işlərin dayandırılması yalnız müvəqqəti tədbirdir.

Kabulov əlavə edib ki, saziş üzərində iş prosesi iranlı tərəfdaşlarla problemlərə görə dayandırılıb. “Biz ilin əvvəlində İrandan daxil olan son düzəlişləri nəzərə alaraq öz təkliflərimizi vermişik və onlar İran tərəfindədir” deyə, o bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə təsdiq edib ki, sazişin mətni tam razılaşdırılıb, amma “hələlik imzalana bilməz”.

Bəs Moskva ilə Tehran arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq sazişin imzalanmasının yubanmasına səbəb nədir?

6354655_original.jpg (255 KB)

Musavat.com xəbər verir ki, bu səbəblər barədə “Vzqlayad” nəşri yazıb.

Nəşr yazır ki, İran prezidenti İbrahim Rəisinin və komandasının təyyarə qəzasında həlak olması sazişin yubadan səbəblərdən biridir. İran indi prezident seçkisi ilə məşğuldur. “Amma yeni prezidentin kimliyindən asılı olmayaraq, belə hərtərəfli sazişi imzalamalıdır.

İranın Ali Rəhbəri Əli Xamenei olsa da, onun qanuni səlahiyyətləri yoxdur. İran Konstitusiyasına (57-ci maddə) görə, ölkə prezident tərəfindən idarə olunur. Xamenei rəhbər vəzifəsində Rusiya-İran müqaviləsinin hazırlanması prosesini təqdir edir, lakin saziş icra hakimiyyətinin (dünyəvi) başçısı tərəfindən imzalanmalıdır. İran Xarici İşlər Nazirliyinin müvəqətti rəhbəri Əli Baqiri Kaninin komandasına sazişin təfərrüatları araşdırmaq üçün nə qədər vaxt olduğu bəlli deyil. İkincisi, İranın yeni prezidentinin komandası demək olar ki, Rusiya ilə strateji sazişə öz düzəlişlərini edəcək. Bu dəyişikliklər fundamental xarakter daşımayacaq, lakin çox güman ki, yeni İran hakimiyyətinin təklifləri də müzakirə edilməli olacaq” deyə, nəşr yazır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR