İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran Qüdsdəki bütün müqəddəs məbədləri raket atəşinə tutub"

"İran bu gecə Qüds şəhərində bütün müsəlman, xristian və yəhudilərin müqəddəs hesab etdikləri məbədləri də raket atəşinə tutub".

Musavat.com bildirir ki, bu sözləri politoloq Yeganə Hacıyeva İranın İsrailə qarşı keçirdiyi gecə əməliyyatını şərh edərkən bildirib.

1677600521879212148_1200x630.jpg (91 KB)

"Gözlənilən kimi də, İran HƏMAS siyasi lideri İsmail Haniyənin ailə üzvlərinin qisası üçün 4-5 saatlıq havadan hücum təşkil etdi. Uzun müddətli əməliyyatlar üçün İranın nə daxili, nə də xarici faktorları imkan vermir. Bu, İranın HƏMAS yanında nüfuzunu qorumaq üçün məcbur atmalı olduğu addım idi.

Amma, İran bu gecə Qüds şəhərində bütün müsəlman, xristian və yəhudilərin müqəddəs hesab etdikləri məbədləri də raket atəşinə tutub. Belə ki, müsəlmanlar üçün ən müqəddəs yerlərdən biri "Həram əs-Şərif" məscidinin yerləşdiyi müqəddəs məbəd kompleksini, İslam dünyası üçün əhəmiyyətinə görə üçüncü ibadət yeri sayılan "əl-Aqsa" məscidini, xristianlar üçün ən müqəddəs yer olan "Müqəddəs Məzar Məbədi" yerləşən kompleksi, yəhudilərin ən müqəddəs yer saydığı "Ağlama Divarı" nı atəşə tutub.

Müqəddəs məbədlər ona görə dağılmayıb ki, “Dəmir Qübbə” və digər havadan müdafiə kompleksləri İranın atdığı raketləri məhv edib.

Əslində İranın məscidləri vurmaq təşəbbüsünə təəccüblənmək mümkün deyil. Çünki işğal illərində Qarabağ və ətraf rayonlarda 68 məsciddən 65-i dağıdılanda, yerdə qalan 3-ündə isə donuz saxlamaqla təhqir olunanda İran Ermənistana səsini belə çıxartmamışdı.

Müharibənin miqyasını genişləndirmək məqsədi ilə hər üç dinin müqəddəs yerlərini atəşə tutub", - deyə politoloq qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR