İnsanlara hürriyət, millətlərə istiqlal!

İran prezidentinin qızı ölən atası haqda GÖRÜN NƏ DEDİ

İranın helikopter qəzasında həyatını itirən prezidenti İbrahim Rəisinin qızı Tehranın "Şərif" Texnologiya Universitetində mayın 19-da helikopter qəzası qurbanlarının xatirəsi münasibəti ilə keçirilən mərasimdə atasından ağız dolusu danışıb.

“Mən yaşadığım 29 il ərzində atamdan heç bir günah görməmişəm” , - deyə o, bildirib.

Qeyd edək ki, İranın keçmiş prezidenti İbrahim Rəisinin 34 aylıq fəaliyyəti dövründə ölkə zindanlarında hər həftə təxminən 12 nəfər, ümumilikdə isə 1808 məhbus edam edilib.

O, habelə 1980-ci illərdə ölkədə siyasi müxaliflərin kütləvi edilməsinə qərar verən "Ölüm Heyəti"nin üzvü olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR