Onlayn ictimai-siyasi qəzet
İran prezidenti Məsud Pezeşkian bir qrup iş adamı ilə görüşündə heç vaxt yalan danışmadığını və yalan danışmayacağını deyib.
“İnsanlara söz verirəm ki, bu yolda onlarla dürüst olacağam və onları əmin edirəm ki, biz heç vaxt yalan danışmamışıq və bundan sonra da yalan danışmayacağıq. Heç kim məndən yalan eşitməyəcək”,-deyə Pezeşkian bildirib.
Pezeşkian qeyd edib ki, ölkəni qarşıda duran problemlərdən xilas etmək üçün əl-ələ verib birgə hərəkət etməkdən başqa yol yoxdur.
Şahanə Rəhimli
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ