Onlayn ictimai-siyasi qəzet
Kürd terror qruplaşmalarının tərəfdarlarının siyasi toplantısına cavab olaraq Urmiya əhalisinin etiraz aksiyasında iştirak edən Ulduz Qasimi və həyat yoldaşı Əmir Səttari İran rejiminin təhlükəsizlik agentləri tərəfindən həbs olunub.
Musavat.com bu barədə Gunaz.TV-yə istinadən bildirir.
Bildirilir ki, bu azərbaycanlı milli fəallar martın 2-də Təbrizdən Urmiyaya gəlibmişlər. Onlar aksiyadan evlərinə qayıdan zaman rejimin təhlükəsizlik agentləri tərəfindən həbs edilərək naməlum yerə aparılıblar.
İran rejimi açıq şəkildə kürd terror qruplarına dəstək verməklə, kürdlərə təşviq paketləri paylamaqla, o cümlədən pulsuz qaçaqmalçılıq yolu ilə gəlir əldə etmələrinə imkan yaratmaq və Qərbi Azərbaycanda əsas postları kürdlərə verməklə oranı kürdləşdirmək, Güney Azərbaycan türkləri ilə Türkiyə və Azərbaycan arasında sədd yaratmağa çalışır.
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ