İnsanlara hürriyət, millətlərə istiqlal!

"Putinlə görüşdə Moskva və Sankt-Peterburqu da alsam, deyəcəklər ki..."

ABŞ prezidenti Donald Tramp Vladimir Putinlə Alyaskada görüşünə hazırlığın mənfi işıqlandırılmasından narazılığını bildirib.

Musavat.com xəbər verir ki, o, Putinlə görüşünə dair rəylərdən qəzəblənib:

"Mətbuat mənim Putinlə görüşümü çox ədalətsiz şəkildə işıqlandırır. Onlar daim işdən qovulmuş uduzanlardan və həqiqətən də axmaq adamlardan sitat gətirirlər, məsələn, Con Bolton kimi. O, Amerika torpağında görüş keçirilməsinə baxmayaraq, "Putin artıq qalib gəlib" deyir. Bu nə deməkdir? Biz hər şeydə qalib gəlirik. Saxta xəbərlər mediası iş vaxtından artıq işləyir (əlavə iş vaxtı üçün vergilər ödəmədən). Əgər mən razılaşma nəticəsində Moskva və Sankt-Peterburqu Rusiyadan alsaydım belə, saxta xəbər mediası pis razılaşma əldə etdiyimi söyləyərdi".

Qeyd edək ki, bundan əvvəl keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton "ABC News"a verdiyi müsahibədə Trampın Putinlə Alyaskada sammit keçirməklə ona "ilk addım atma üstünlüyü verdiyini demişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR