İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə hüquq-mühafizə orqanlarında təmizləmələr davam edir

Xəbər verildiyi kimi, rüşvət, siyasi-hərbi casusluq və FETÖ-yə yardım iddiaları ilə həbs edilən tanınmış vəkil Rezan Epözdemirin İstanbul Baş Prokurorluğundakı sorğusu davam edir.

Musavat.com xəbər verir ki, bununla bağlı “Sabah” qəzetində yeni məlumat yayılıb.

Xəbərdə Epözdemirin saxlanılma müddətinin bir gün uzadıldığı, həmçinin mobil telefonunun açma parolunu təqdim etməkdən imtina etdiyi bildirilir.

Məlumata görə, Epözdemirin internet üzərindən mütəmadi əlaqə saxladığı şəxslər müəyyən edilib. İddia olunur ki, o, FETÖ ilə bağlı işlərə görə vəzifədən çıxarılmış 6 hakim, 3 vəkil və 1 Yargıtay (Apellyasiya məhkəməsi) üzvü ilə, eləcə də FETÖ üzrə axtarışda olan 4 nəfərlə davamlı təmasda olub.

Televiziya proqramlarında tez-tez çıxış edən və Münevver Karabulut, Pınar Gültekin kimi geniş ictimai maraq doğuran işlərdə vəkillik edən Epözdemir barəsindəki istintaq İstanbul Baş Prokurorluğu tərəfindən aparılır. Epözdemir FETÖ ilə hər hansı əlaqəsinin olmadığını irəli sürür.

Mətbuatda yer alan başqa bir məlumata görə, Epözdemir 21 iyun 2014-cü ildə İstanbulda “MOSSAD agenti” kimi təqdim edilən Dan Arbell, “CIA və Pentaqon agenti” kimi göstərilən Maykl Rubin, eləcə də həmin dövrdə CHP-nin ABŞ nümayəndəsi olan və adı FETÖ-yə yardım, siyasi və hərbi casusluq dosyasında çəkilən Yurter Özcan ilə görüşüb. Bu görüşə aid fotoşəklin də prokurorluğun araşdırmasında yer aldığı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

28 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR