İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur restoranda qəfəsdə saxlanılan tülkülər təbiətə buraxıldı - RƏSMİ

Ələt-Astara magistral avtomobil yolunun kənarında fəaliyyət göstərən "Yolüstü" restoranının ərazisində qəfəsdə saxlanılan tülkülər təbiətə buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, Dövlət Xidmətinin əməkdaşları tülkülərin qəfəsdə saxlanılması ilə bağlı sosial şəbəkədə yayılan görüntüləri yerində araşdırıb:

"Əraziyə keçirilən baxış zamanı vəhşi heyvanların qəfəsdə olmadığı müəyyənləşib. Restoran sahibi qeyd edib ki, görüntülər sosial şəbəkədə yayıldıqdan sonra tülkülər qəfəsdən çıxarılaraq təbiətə buraxılıb. Tülküləri qəfəsdə qanunsuz saxladığına görə restoranın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görüləcək".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR