İnsanlara hürriyət, millətlərə istiqlal!

İran kəşfiyyat: "Pəhləvilərlə əlaqəsi olan 92 nəfər həbs edilib"

İran Kəşfiyyat Nazirliyi ölkənin bəzi şəhərlərində baş verən son hadisələrlə bağlı saxlanılanlarla bağlı bəyanat yayıb.

Azpost.info İRNA-ya istinadən bildirir ki, Kəşfiyyat Nazirliyi “Mücahidin-e-Xalq” (MKO) qruplaşmasının 49 agentinin həbs olunduğunu açıqlayıb.

Bundan başqa İraq Kürdüstanında qruplaşmalarının 77 üzvü, İŞİD qrupunun 5 üzvü də həbs edilib. İŞİD üzvlərindən 36 kiloqram partlayıcı aşkar olunub.

Eyni zamanda iğtişaşlar zamanı keçmiş Pəhləvi rejimi ilə əlaqəsi olan 92 nəfər müəyyən edilərək həbs edilib.

Bəyanatda deyilir ki, Albaniyadan terrorçuların göstərişi ilə iğtişaşçıları terror və dağıntılar təşkil etməyə təhrik edən saxta xəbərləri fəal şəkildə yayılıb, şüarlar göndərilub, küçə iğtişaşlarında bilavasitə iştirakını təmin ediblər.

Bildirilib ki, 9 xarici ölkə vətəndaş- Almaniya, Polşa, İtaliya, Fransa, Hollandiya, İsveç və s.-iğtişaşlar zamanı və sonra həbs ediliblər.

İranın Kəşfiyyat Nazirliyi həmçinin iğtişaş yerlərinə daxil olan bəhai casus təşkilatının üç əməkdaşının həbs edildiyini açıqlayıb.

Kəşfiyyat Nazirliyindən verilən məlumata görə, xarici KİV-lərlə əlaqəsi olan bir sıra şəxslər çağırılıb və ya saxlanılıb, barələrində cinayət işi başlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR