Onlayn ictimai-siyasi qəzet
İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi Tehranın nüvə silahı istehsal etmək üçün texniki imkanlara malik olduğunu bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Xərrazi bunu “Əl-Mayadin” televiziyasına müsahibəsində bildirib.
O qeyd edib ki, ancaq İranın ali dini lideri Əli Xameyi kütləvi qırğın silahları yaratmamaq barədə fətva verib.
“Əgər İran İslam Respublikası ekzistensial təhlükə ilə üzləşərsə, biz qaçılmaz olaraq hərbi doktrinamızın siyasətini dəyişəcəyik”, - Xərrazi vurğulayıb.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ