İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ilə Rusiya arasında ticarət dövriyyəsi 10 ayda 4 milyard dolları ötüb

2022-ci ilin yanvar-oktyabr ayları ərzində İran ilə Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ilin göstəricisini üstələyərək 4 milyard dollardan çox olub.

AZƏRTAC “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, ilin ilk on ayının nəticələrinə görə, ixracda 27 faiz, idxalda isə 10 faiz artım qeydə alınıb. Qarşılıqlı ticarətin artmasına Qərbin sanksiyaları və bunun nəticəsində ənənəvi əlaqələrin qırılması səbəb olub.

Rusiyanın Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırinin sözlərinə görə, Yaxın Şərq, Cənubi və Cənub-Şərqi Asiya ilə ticarətdə logistik körpü rolunu oynayan və uzun illər boyu sanksiyalara tab gətirmək üzrə unikal təcrübə qazanan İran Moskva üçün xüsusi maraq doğurur.

“Avrasiya İqtisadi Birliyi ilə İran arasında 2019-cu il oktyabrın 27-dən qüvvədə olan müvəqqəti azad ticarət sazişi əməliyyatların həcminin artmasına kömək edir. 2022-ci ilin əvvəlində sazişin uzadılmasına dair protokol imzalanıb, həmçinin tamhüquqlu saziş üzrə danışıqlara başlanılıb və dörd raund məsləhətləşmələr aparılıb”, - deyə Sergey Katırin bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR