İnsanlara hürriyət, millətlərə istiqlal!

İran əsilli qardaşlar Rusiyaya casusluqda GÜNAHLANDIRILDI - FOTO

İran əsilli iki qardaş İsveçdə Rusiyanın xeyrinə casusluqda günahlandırılıb.

Musavat.com  xəbər verir ki, ötən ilin noyabrında həbs edilən İran əsilli iki qardaş Peyman və Pəyam Kia Rusiyaya casusluqda ittiham olunublar. Bundan öncə İsveç mediası bu iki qardaşı İranın xeyrinə casusluqda ittiham etmişdi.

İsveç prokurorları iki qardaşı son 10 ildə Rusiyanın hərbi kəşfiyyat xidmətinə məxfi məlumatlar ötürməkdə ittiham edib.

Sözügedən qardaşlar İranda doğulub, lakin uşaqlıqdan İsveçdə yaşayıblar və 2011-ci ilin martından keçən il həbs olunana qədər casusluq etməkdə ittiham olunurlar.

42 yaşlı Peyman Kia İsveç ordusunda və bu ölkənin təhlükəsizlik polisində iş təcrübəsi var, onun 35 yaşlı qardaşı Pəyam isə bir müddət İsveçin Təhlükəsizlik Təşkilatında çalışıb. Hər iki qardaş ittihamları rədd edib.

Son illərdə, xüsusən də Rusiyanın Ukraynaya hücumundan, İsveç və Finlandiyanın NATO-ya üzv olmaqla müraciətindən sonra bu iki ölkə ilə Rusiya arasında gərginlik artıb.

Toğrul İSMAYIL,
Musavat.com

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR