İnsanlara hürriyət, millətlərə istiqlal!

İran dəstəkli Hizbullah yenidən İsraili hədəf aldı

 İsrail mediası hücumla bağlı məlumat paylaşıb.

Hizbullah terroristləri Nəfəh bazasındakı Qolan diviziyasının qərargahını hədəfə alaraq onlarla “Katyuşa” raketi atıblar. Terror təşkilatının bəyanatında deyilir ki, bu, düşmənin Bekaa bölgəsini hədəf alan hücumuna cavabdır.

“Düşmən döyüş təyyarələri bu gün səhər saat 1:30 radələrində Sifridəki bazaya zərbə endiriblər”, – Livanın rəsmi Milli Xəbər Agentliyi bildirib.

Sifri Livanın Bekaa vadisində, Baalbek şəhəri yaxınlığında, İsrail-Livan sərhədindən təxminən 80 kilometr aralıda yerləşir.

İsrail ordusu, döyüş təyyarələrinin Livanın dərinliklərindəki Hizbullah hərbi strukturunu vurduğunu bildirib.

Hizbullaha yaxın mənbənin verdiyi məlumata görə, keçən ay Sifridəki bir bina İsrail tərəfinfən hədəfə alınıb, İsrail ordusundan isə Livanın şərqindəki Hizbullah obyektlərinin hədəf alındığı bildirilib.

Şərqi Livanın Baalbek bölgəsi Hizbullahın qalasıdır və son həftələr İsrail tərəfindən dəfələrlə vurulub.

Fələstinin HƏMAS terror qruplaşmasının oktyabrın 7-də İsrailin cənubuna hücumu Qəzza zolağında müharibəyə səbəb olduqdan sonra İsrail və Livanın İranın dəstəklədiyi Hizbullah qruplaşması arasında müntəzəm sərhədyanı atəşlər olub.

HƏMAS-ın müttəfiqi Hizbullahın İsrailin şimalına hücumlarını gücləndirməsi və İsrail ordusunun Livan ərazisinə daha dərindən zərbələr endirməsi ilə son həftələrdə döyüşlərin daha da intensivləşdiyini göstərir./Günaz.TV

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR