Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətə dair son açıqlaması maliyyə bazarlarında şok effekti yaradıb.
Musavat.com xəbər verir ki, Tramp Çindən idxal edilən bitki yağına alternativ olaraq bu məhsulun ABŞ-da istehsalına başlanacağını bəyan edib. Prezidentin bu sözləri investorlar arasında Çinlə yeni ticarət gərginliyi ehtimalını artırıb.
Nəticədə, cəmi 7 dəqiqə ərzində ABŞ bazarı təxminən 450 milyard dollar dəyər itirib. Analitiklərin fikrincə, bu reaksiya investorların qlobal ticarət əlaqələrində mümkün dəyişikliklərdən ehtiyat etməsi ilə bağlıdır.
Vaşinqtonun idxal siyasətində sərtləşmə və daxili istehsala yönəlmə addımları qısamüddətli bazar dalğalanmalarına səbəb olsa da, uzunmüddətli perspektivdə ABŞ-ın strateji iqtisadi müstəqilliyini gücləndirə bilər.
Musavat.com
15 Oktyabr 2025
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ