Onlayn ictimai-siyasi qəzet
İran paytaxtında yeni və diqqətçəkən bir metro stansiyası istifadəyə verilib.
Musavat.com xəbər verir ki, “Müqəddəs Məryəm” adlanan bu stansiya, adından da göründüyü kimi, xristian rəmzləri ilə bəzədilib.
Stansiyanın divarlarında və mozaikalarında xaç işarələri, Məryəm Ana və İsa Məsihin təsvirləri yer alıb. Bu, Tehran metrosunda ilk dəfədir ki, xristian dini simvollar bu qədər açıq şəkildə nümayiş etdirilir.
Layihə müəlliflərinin bildirdiyinə görə, bu addım İranda yaşayan xristian icmasına hörmət əlaməti kimi atılıb və dini tolerantlığın simvolu hesab olunur.
Yeni stansiya Tehran metrosunun genişlənən xəttində yerləşir və yaxın ərazidəki kilsələrə və xristian ibadətgahlarına gediş-gəlişi asanlaşdıracaq.
Ekspertlər bu addımı İranın beynəlxalq imicində “tolerantlıq və dini harmoniyanın nümayişi” kimi qiymətləndirirlər.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ