İnsanlara hürriyət, millətlərə istiqlal!

"İran Arazı keçsə, qarşısında Türkiyə-Azərbaycan qoşunlarını görəcək" - Rauf Arifoğlu

"Bizim artıq Şuşa bəyannaməsi vasitəsilə Türkiyə ilə müttəfiqlik sazişimiz var. Arazı keçən Türkiyə ərazisini keçmiş sayılır. Arazı keçən qarşısında Türkiyə və Azərbaycan ordularını - Turan ordusunu görəcək!"

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. 

R.Arifoğlu qeyd edib ki, İran ordusunda olan texnikalar çox köhnədir: "Bizi T55 tankları ilə, köhnəlmiş texnikalarla təhdid edirlər. Yenə deyirəm, biz istəmirik atışma olsun, müharibə olsun. Biz dirçəlişin, sülhün, inkişafın proqnozunu veririk və irəliyə getmək, Ermənistanla sülh müqaviləsi imzalamaq, regionu əməkdaşlıq xabına çevirmək üçün əlimizdən gələni edirik".

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR