Onlayn ictimai-siyasi qəzet
İran Araz çayından şimal-qərbdəki şəhər və sənaye bölgələrinə su tədarükü ilə bağlı layihənin icrasına başlayıb.
Musavat.com-un məlumatına görə bu barədə xəbəri “Fars” xəbər agentliyi yayıb. Xəbərə görə layihənin icrasına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın sərhədindən 20 km məsafədə yerləşən Zal kəndindən boru kəmərinin çəkilişi ilə start verilib.
Onu da qeyd edək ki, İranda iqtisadi vəziyyət heç də ürəkaçan deyil. ABŞ dolları yenidən rekord həddə bahalaşaraq 41 min tümənə çatıb.
Musavat.com
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ