İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-ABŞ müharibəsi “qapı”da? - böyük təhlükə

Amerika hərbçilərinə endirilən dron zərbəsi İrana qarşı hərbi əməliyyat planını yenidən masaya çıxara bilər; Azərbaycanın sərhədlərində böyük savaş baş versə...

Deputat: “Belə bir qarşıdurma yaranarsa, bu, dövlət təhlükəsizliyi məsələlərinə ciddi təsir edə bilər”

Ötən ilin payızından etibarən Qəzza sektorunda yenidən baş qaldıran gərginlik dalğası İran-ABŞ gərginliyini də körükləməkdədir. Xüsusilə də Tehranın İsrailə qarşı müharibədə HƏMAS-a, həmçinin husilərə, "Hizbullah"a gizli dəstəyi Qərb koalisiyasını ciddi şəkildə qıcıqlandırır.

Bir müddət əvvəl Böyük Britaniyanın xarici işlər naziri iranlı həmkarına müraciətində İranın proksi qüvvələrə dəstəkdən imtina etməsini məsləhət görmüşdü, eyni zamanda digər xəbərdarlıqlar və çağırışlar da zaman-zaman edilməkdədir. Amma İran bu prosesdə maraqlı tərəf olduğunu, İsrailə qarşı mübarizə aparan qüvvələrə dəstəkdən imtina etmək niyyətində olmadığını nümayiş etdirməklə yanaşı, bir sıra hallarda açıq şəkildə yardımlar etməyə üstünlük vermir.

İranın Kirman şəhərində, general Qasım Süleymaninin məzarı yaxınlığında törədilən dəhşətli terror aktından sonra Tehran bu itkilərin cavabsız qalmayacağı ilə hədələmişdi. Sonrakı günlərdə Qırmızı dənizdəki gəmilərin hədəfə alınmasının qarşılığında  Yəmən, Suriya və digər ölkələrdəki terrorçu qruplaşmalara zərbələr endirilməsi vəziyyəti daha da kritikləşdirdi. Bu olaylardan sonra ABŞ-ın İordaniyadakı hərbçilərinin hədəfə alınması da vəziyyətin daha da pisləşməsinə rəvac verib. Məlum olduğu kimi, yanvarın 28-də İordaniyanın şimal-şərqində, Suriya sərhədi yaxınlığında ABŞ hərbi bazasına PUA ilə hücum edilib. İordaniyadakı ABŞ hərbi bazasına dron hücumu zamanı 3 Amerika hərbçisi həlak olub, azı 34 amerikalı hərbçi kəllə-beyin travması və digər xəsarətlər alıb.

İordaniyada ABŞ-ın üç hərbçisinin ölümü ilə bağlı cavabdehlik İranın dəstəklədiyi qrupların üzərindədir. Bu barədə ABŞ prezidenti Co Baydenin yazılı bəyanatında vurğulanıb. (APA) “İordaniyanın şimal-şərqində - Suriya sərhədi yaxınlığında yerləşən qüvvələrimizə pilotsuz uçuş aparatı ilə hücum nəticəsində üç ABŞ əsgəri həlak olub, çoxlu sayda hərbçi yaralanıb. Bu hücumla bağlı kəşfiyyat məlumatları toplanır. Bunun İranın radikal silahlıları tərəfindən həyata keçirildiyini bilirik”, - bəyanatda qeyd edilib.

Tehran isə iddiaları təkzib edir. İranın ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücumla heç bir əlaqəsi yoxdur. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. “İranın hücumda iştirakı ilə bağlı bəyanatlar regiondakı reallıqları dəyişdirmək üçün konkret siyasi məqsədlərlə verilib”, - o vurğulayıb.

Vaşinqton ABŞ-ın İordaniyadakı bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat keçirmək imkanlarını nəzərdən keçirir. Bu barədə “Bloomberg” məlumat yayıb. Nəşrin fikrincə, Amerika bazasına hücum ABŞ hakimiyyətinin daha “qətiyyətli cavabı”na səbəb ola bilər. Mümkün tədbirlər arasında agentlik ABŞ qüvvələrinin İrana zərbə endirə biləcəyi gizli əməliyyatın adını çəkib. Nəşrin ekspertlərinin fikrincə, Vaşinqton bu kampaniyada iştirakını elan etməyəcək. Onlar etiraf ediblər ki, bu, Vaşinqton və Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər. (Publika.az)

ABŞ-ın iri təyyarədaşıyan gəmilərini İran sərhədlərinə yaxınlaşdırması ilk günlərdən Pentaqonun genişmiqyaslı hərbi əməliyyat planına hazırlıq kimi dəyərləndirilirdi. Düzdür, bu savaşın hər iki ölkə, o cümlədən region üçün dəhşətli nəticələr verə biləcəyini istisna etməyən ekspertlər böyük müharibəni real saymırdılar. Amma görünən budur ki, İsrailin HƏMAS planı da “daşa dirənib” və bir sıra hallarda Təl-Əviv müşkül duruma düşdüyünü anlayır, hətta iki aylıq atəşkəs təklifi ilə çıxış edib. HƏMAS-ın və digər qüvvələrin İrandan aldığı dəstəyin bu müharibənin uzanmasında, həm də nəticəsiz başa çatmasında təsirli rola malik olduğu da faktdır. O mənada İsraili yer üzündən silməklə hədələyən İrana qarşı hansısa təsirli tədbirlərə əl atıla biləcəyi gümanlar sırasındadır. İranın nüvə iddialarından əl çəkməməsi də Qərbin sərt tədbirlərə əl ata biləcəyi ehtimalını ortaya qoyur. Milyonlarla soydaşımızın yaşadığı bir ölkə ilə müharibə həm də Azərbaycan türklərinin təhlükəsizliyi üçün ciddi təhdiddir ki, bu da narahatlıq doğurur. Bəs ekspertlər necə hesab edir, ABŞ-İran müharibəsi realdırmı? Müharibə baş verərsə, bunun Azərbaycan dövləti üçün hansı fəsadları ola bilər?

Deputat Arzu Nağıyev “Şöhrət” ordeni ilə təltif edilib

Arzu Nağıyev

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, rəsmi Tehranın hansı mövqedən çıxış etməsinə baxmayaraq, ABŞ İordaniyada yerləşən hərbi bazasına PUA hücumuna görə İranın dəstəklədiyi qrupları günahlandırır: “Eyni zanmanda bununla bağlı ən yüksək səviyyədə açıqlama da verilib. Lakin İran cidd-cəhdlə bunu təkzib edir və məsələnin regiondakı stabilliyi pozmaq üçün siyasi məqsədlərlə planlaşdırıldığını bildirir. Bunun kim tərəfindən edilə biləcəyi ilə bağlı isə İran dəqiq bir bəyanat vermir. Təbii olaraq sual meydana çıxır ki, ABŞ ilə İran arasında uzun illərdir davam edən gərginlik alovlanarsa, cənub qonşumuz vurularsa, bunun Azərbaycan üçün hansı təsirləri ola bilər? Öncə onu vurğulayım ki, İranda 30 milyondan çox soydaşımız yaşayır və bu gərginliyin onlara birbaşa hərtərəfli təsiri bizi narahat edir. Eyni coğrafiyanı paylaşan toplumlar eyni taleyi yaşamağa məhkumdur. Belə ki, qonşu dövlətin ərazisində gedən müharibə iqtisadi, sosial və ekoloji baxımdan digərlərinə də öz mənfi təsirlərini göstərə bilir. Digər bir məsələ, bir dövlətin ərazisində müharibə baş verdikdə, əhali ona ən yaxın olan dövlətin ərazisinə keçmək məcburiyyətində qalır. Bu baxımdan, İran immiqrantlarının kütləvi şəkildə Azərbaycana axışması həyatın müxtəlif sahələrində olduğu kimi, mədəni sahəsində də izlərini buraxacaq”. 

A.Nağıyevin sözlərinə görə, Azərbaycanın sərhədində belə bir qarşıdurma yaranarsa, bu, dövlət təhlükəsizliyi məsələlərinə ciddi təsir edə bilər: “Təbii ki, Azərbaycan bu məsələlərdə nə qədər neytrallıq saxlasa da, beynəlxalq səviyyədə bir sıra öhdəlikləri var. Azərbaycanın strateji əhəmiyyətli tərəfdaş dövlətin İrana qarşı mübarizəsinə qoşulması artıq bizə qarşı yönələ biləcək təhdidlərə çevrilə bilər. Məhz buna görə də baş verən hadisə ciddi araşdırılmalı və hüquqi qiymət verilməlidir. Bununla yanaşı, bütün hallarda Azərbaycan mümkün olduğu qədər İranın danışıqlara getməsinin tərəfdarıdır...”

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov 

Politoloq Tural İsmayılov bildirdi ki, İran son dövrlər Yaxın Şərqdə Amerika mövqelərini təhdid edir: “Hazırda İranın dünya üzrə münasibətlərinin normal və ya yaxşı olduğu ölkə sayı olduqca azdır. Bu səbəbdən Tehrana qarşı olan qüvvələr İran daxilində gərginliklərin artmasında maraqlıdırlar. Həmin qüvvələrin İran daxilində bir sıra hadisələr törədərək, gərginlik yarada biləcəyi də istisna deyil”. Politoloq son dövrlər Yaxın Şərqdə vəziyyətin məcradan çıxdığını vurğuladı: “İsrailin Livanda əməliyyat keçirməsi, beynəlxalq terror çağırışları, özəlliklə "Hizbullah"ın İsraili yox etməklə bağlı mesajları vəziyyətin kifayət qədər gərginləşdiyini göstərir". Ekspert istisna etmir ki, aqressivlik və gərginlik daha da artacaq, radikallaşma güclənəcək: “Burada üçüncü qüvvələrin də birmənalı şəkildə maraqlarının olduğunu düşünürəm. Rəsmi Tehran bu günə qədər istər İsrailin, istərsə də Qərbin etdiyi xəbərdarlıqlara məhəl qoymur. Aydın məsələdir ki, İran Şimali Koreya kimi nüvə silahını əldə edib geosiyasi müstəvidə əlavə dividentlər qazanmaq niyyətindədir. Bu həm də Tehrana daxili siyasətdə üzləşdiyi problemləri yoluna qoyub, ictimaiyyət nəzdində güclü dövlət imicini bərpa etmək baxımından da vacibdir. İranın edilən xəbərdarlıqlara baxmayaraq, uranı zəngiləşdirmək planından geri addım atmaması Qərbin və İsrailin daha ciddi addımlar atmasını zəruri edir. Hesab edirəm, rəsmi Təl-Əviv yaxın müddət ərzində İranın strateji obyektlərinə, həmçinin uranı zəngiləşdirdiyi məkanlara aviazərbələr endirəcək”. T.İsmayılov ehtimal edilən İran-İsrail gərginliyi fonunda Azərbaycanın atacağı addımlar haqda da danışdı: “İran-İsrail gərginliyi fonunda Tehranın gücdən düşməsi və zəifləməsinin Güney Azərbaycan üçün müsbət tərəfləri ola bilər. İllərdir haqları tapdalanan və istibdadın təzyiqlərinə məruz qalan soydaşlarımız öz müqəddəratını təyin edə bilər”. Ekspertin fikrincə, əlbəttə ki, bizə yaxın bir coğrafiyada belə bir hadisənin baş verməsi Azərbaycana təsirsiz ötüşməyəcək: “Ancaq ümumi baxımdan İranın zəifləməsi maraqlarımıza uyğundur. O ki qaldı rəsmi Bakının atacağı addımlara, hesab edirəm ki, bu məsələdə rəsmi Bakı heç bir ölkəyə, hətta İsrailə belə ərazisindən istifadə edib başqa bir ölkəyə zərbə vurması üçün icazə verməz”.

Məhəmməd Əsədullazadə: “Azərbaycan Brüsselin vasitəçiliyindən...”

Məhəmməd Əsədullazadə 

Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, HƏMAS-İsrail müharibəsi demək olar ki, Yaxın Şərqə yayılıb. ABŞ Yəməndən İraq və Suriyaya kimi İranın proksi qüvvələrimə qarşı hərbi əməliyyatlara start verib. Təbii ki, İran ABŞ qüvvələrinə qarşı konkret hücum etmir. Amma proksi qüvvələrlə mübarizə aparır. Husilər, İraq və Suriyada dəstək verilən silahlılar ABŞ hərbi bazalarını hədəf alır. İordaniyada ABŞ hərbi bazasına edilən hücum Vaşinqton üçün mesajdır. İran rəsmən hücumu inkar edir. Təbii ki, zərbəni proksi qüvvələr endirib. Faktiki olaraq ABŞ-İran danışıqları da dayanıb. Pentaqonun və Təl-Əvivin planı İranın proksi qüvvələrini zərərsizləşdirməkdir. Bu mənada ABŞ hücumları artıracaq". M.Əsədullazadə hesab edir ki, hətta İrana birbaşa hücum mümkün ola bilər: “Bu, artıq böyük bir müharibə deməkdir. Əgər müharibə baş versə, Azərbaycana mənfi təsirləri ola bilər. İlk fəsadı qaçqın axınının olmasıdır. Eyni zamanda İran Xəzər dənizində hərbi aktivliyini artıra, Azərbaycanla sərhədə qoşun cəmləşdirə bilər”. Ekspert ortada Türkiyə faktorunun olduğunu xüsusi vurğuladı: “İran məhz Türkiyə faktoruna görə Azərbaycana ciddi şəkildə təzyiqlər edə bilməz. Amma İrandan keçəcək yolun inşası dayana, Şimal-Cənub nəqliyyat dəhlizi də mümkün olmaya bilər. Görünən budur ki, indiki halda həm ABŞ, həm də İran birbaşa müharibədən çəkinir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR