İnsanlara hürriyət, millətlərə istiqlal!

İran ABŞ-la gizli danışıqlardan sonra Moskvaya gedir – Tehran–Vaşinqton xəttində nə baş verir?

İran diplomatiyasında diqqətçəkən hərəkətlilik yaşanır. Tehranın ABŞ-la ilk danışıqlar raundundan sonra Rusiya ilə təcili görüş keçirəcəyi açıqlanıb.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsmail Baqai bildirib: “Bu həftənin sonunda, əvvəlcədən planlaşdırılmış şəkildə, Abbas Əraqçinin Moskvaya səfəri baş tutacaq. Təbii ki, bu fürsət həm də son hadisələr – xüsusilə də Maskatda ABŞ-la aparılan danışıqlar barədə məsləhətləşmələr üçün istifadə olunacaq.”

Bu açıqlama Vaşinqton və Tehran arasında gizli diplomatik dialoqun artıq başladığını, Rusiyanın isə bu prosesdə bilavasitə rol almağa hazırlaşdığını göstərir.

Qlobal güclər arasında gedən bu intensiv diplomatik aktivlik yeni geosiyasi düzənlərin formalaşacağından xəbər verir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR