Onlayn ictimai-siyasi qəzet
İran hökumətinin sözçüsü Fatimə Möhacirani bildirib ki, Tehran ABŞ-ın tətbiq etdiyi maksimum təzyiq siyasətinə görə Vaşinqtonla danışıqlara getməkdən imtina edir.
“Danışıqlar müəyyən şərtləri ehtiva edir. Güc dili danışıqlar prosesinin bir hissəsi deyil və elan olunmuş maksimum təzyiq siyasəti heç bir şəkildə dialoqa töhfə vermir. Biz qarşı tərəflə (ABŞ – red.) danışıqlara ‘yox’ deyirik, çünki onlar diplomatiya dilini anlamırlar. Dünya gördü ki, İranın səyləri nəticəsində Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalandı, lakin nəticədə onlar birtərəfli şəkildə razılaşmadan çıxdılar”, – deyə Möhacirani mətbuat konfransında vurğulayıb.
Musavat.com-un məlumatına görə Vaşinqtonun İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi ehtimalı ilə bağlı suala cavab verən Möhacirani bildirib ki, maksimum təzyiq siyasəti gözlənilən idi və İran hökumətinin bununla bağlı konkret fəaliyyət planı var.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ