Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Bakı və İrəvan arasında “sülh deklarasiyası” imzalanmasından sonra Vaşinqtonun Qərbi Asiya və Avrasiya geosiyasət xəritəsində mühüm dəyişiklik etmək imkanı yaranıb. Bu barədə The Wall Street Journal məlumat yayıb.
Musavat.com xəbər verir ki, nəşrin iddiasına görə, Tramp administrasiyası Avraam Sazişlərini yeni ölkələrlə — Azərbaycan, Qazaxıstan və Özbəkistanla genişləndirməklə ABŞ və İsrailə dost olan, qərbyönümlü müsəlman ölkələr blokunu formalaşdırmağı hədəfləyir. Belə bir birlik, ümumi çağırışlara qarşı mübarizədə siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını xeyli gücləndirəcək.
Azərbaycan İsrailin ən yaxın strateji tərəfdaşlarından sayılır və hazırda onun xam neft tələbatının 40%-ə qədərini təmin edir. Qazaxıstan və Özbəkistan isə enerji və digər strateji resursların tədarükündə mühüm yer tutur, İsraillə iqtisadi əlaqələri ildən-ilə artırırlar.
Analitiklərə görə, Azərbaycan bu plan üçün “kilid ölkə” rolunu oynayır. Coğrafi mövqeyinə görə Qafqazla Mərkəzi Asiya arasında təbii körpü sayılan Bakı uzun illərdir ki, İsrail ilə müsəlman ölkələri arasında əməkdaşlıq və diplomatik əlaqələrin inkişafına töhfə verən fəal oyunçudur.
Musavat.com
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ