İnsanlara hürriyət, millətlərə istiqlal!

Sürücüləri qazamatlıq edən piyadalar - yol terrorunun əks üzü

Azərbaycan cəmiyyətində yol hərəkəti təhlükəsi ilə bağlı məsələlər hələ də kifayət qədər ciddi ictimai yanaşma qazanmayıb.

Ekspert Ərşad Hüseynovun sözlərinə görə, cəmiyyətimizdə yollarda təhlükəsiz davranışla bağlı ciddi problemlər mövcuddur və bu məsələyə yetərli diqqət yetirilmir:

“Yanaşmalar kökündən dəyişməlidir. Hərəkət təhlükəsizliyi ictimai təhlükəsizliyin vacib, həyati əhəmiyyətli elementidir. Hər il yol-nəqliyyat hadisələri ölkəmizə böyük maddi zərər vurur. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa İqtisadi Komissiyasının metodikalarına görə, yalnız maddi itkilər, səhiyyə və sosial müdafiə sisteminin yükü, işçi qüvvəsinin itirilməsi ilə bağlı zərərlər hər il təxminən iki-üç milyard manata çatır”.

Böyük Qayıdışın üçün hər kəs əlindən gələni etməlidir - Ərşad Hüseynov |  Modern.az

Ekspertin sözlərinə görə, problemin həlli üçün yanaşmalar dəyişməli və kompleks tədbirlər görülməlidir. Bu tədbirlər həm maarifləndirmədən, həm yolların infrastrukturunun yaxşılaşdırılmasından, işıqlandırmanın artırılmasından, həm də hərəkət təhlükəsizliyinə nəzarətin səmərəliliyindən ibarət olmalıdır:

“Ölkədə yol-nəqliyyat hadisələrinin sayı kifayət qədər çoxdur. Təxminən 40 faiz hadisələr cinayət xarakterli olsa da, yaşayış məntəqələrində də ciddi problemlər mövcuddur. İnfrastruktur məsələləri aydın görünür: səkilər yetərli deyil, bəzi küçələrdə səkilər yoxdur və ya kəsintili, gecə işıqlandırması zəifdir. Piyada keçidlərinin təhlükəsizliyi təmin olunmayıb. Bu da insanların həyatını risk altına qoyur”.

Ərşad Hüseynov həmçinin sürücü və piyadaların intizamsızlığına diqqət çəkib:

“Bəzi sürücülər yol şəraitinə uyğun olmayan davranışlar sərgiləyir. Ara məsafəsi saxlamırlar, piyada keçidində dayanmış maşınların yanından təhlükəli şəkildə keçirlər. Piyadalar da məsuliyyətsizdir, qaydalara əməl etmirlər. Bu problem yalnız bir qrupun deyil, bütün cəmiyyətin problemidir”.

Ekspert vurğulayır ki, yol hərəkəti qaydaları sadəcə cərimə üçün deyil, insanların həyatda qalması üçün vacibdir: “Qaydalar həyati əhəmiyyət daşıyır və hər kəs buna əməl etməlidir. Bununla yanaşı, yanaşmalar hələ də yetərli səviyyədə formalaşmayıb”.

Sultan Məmmədli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR