İnsanlara hürriyət, millətlərə istiqlal!

İrakli Kobaxidze: Müxalifət intihar vəziyyətindədir

Gürcüstan müxalifəti intihar vəziyyətindədir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, müxalifətin dövlət sisteminə qarşı sabotaj həyata keçirdiyini, lakin bunun sonradan onların neytrallaşdırılması ilə nəticələnəcəyini bildirib.

Kobaxidze, müxalifətin intihar vəziyyətində olduğunu deyib. Baş nazir, müxalifətin “tamamilə itkin düşdüyünü və təsirsiz olduğunu” deyərək, bu vəziyyətin ölkə üçün yaxşı olduğunu qeyd edib.

“Hazırda çox yaxşı proseslər gedir. 2025-ci il, “Kollektiv Milli Hərəkat” adlanan siyasi qüvvənin tamamilə neytrallaşdırılması ili olacaq. Bu, Gürcüstanın demokratiya sistemi və dayanıqlı inkişafı üçün çox vacibdir”, - İ.Kobaxidze əlavə edib.

Bizim WhatsApp kanalımıza abunə olun

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR