İnsanlara hürriyət, millətlərə istiqlal!

İqtisadçıdan taksilərlə bağlı qərara etiraz: "McDonald's"ı və "KFC"ni də yola salaq!

"Əgər biz xarici şirkətlərin burada fəaliyyət göstərməsini istəmiriksə, yerli sahibkarların marağını qoruyuruqsa o zaman "McDonald's"ı və "KFC"ni də yola salaq".

Musavat.com xəbər verir ki, bunu iqtisadçı ekspert Eyyub Kərimli bildirib.

O qeyd edib ki, taksidə xidmət keyfiyyəti artırılmalıdır, sərnişinlər sığortalanmalıdır, sürücülər təlimə və həkim müayinəsinə cəlb edilməlidir, avtomobillərin texniki vəziyyəti yüksəldilməlidir: "Bəli, bunlar həllini tapmalı vacib problemlərdir. Amma qiyməti inzibati üsulla tənzimləməyə ehtiyac yoxdur. Bu gün taksi qiymətləri açıq rəqabət formasında tənzimlənən az sahələrdən biridir. Digər tərəfdən, qeyd etdiyim məsələlər həllin tapsa, qiymət təbii formada özü tənzimlənəcək. Çünki keyfiyyətli xidmət ucuz olmur. Digər tərəfdən isə əgər biz xarici şirkətlərin burada fəaliyyət göstərməsini istəmiriksə, yerli sahibkarların marağını qoruyuruqsa onda "McDonald's"ı və "KFC"ni də yola salaq. Qalsın yalnız dönərxanalar və şaurmalar. Bəli, Türkiyədə xarici taksi şirkətləri yoxdur, amma taksi fəaliyyəti ilə məşğul olmaq üçün icazə 200 min dollardan başlayır".

Afaq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR