İnsanlara hürriyət, millətlərə istiqlal!

İplə boğublar - Qətlə yetirilən həkimin qonşuları danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, Salyanda sabiq baş həkim və həyat yoldaşı yaşadığı evində qətlə yetrilib.

Bakupost.az -ın məlumatına görə, fəhşətli qətl hadisəsi rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Belə ki, martın 1-də səhər saat 10:30 radələrində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Qeyd edək ki, Salyan Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin sabiq baş həkimi İsrafil Məmmədov 3 il əvvəl təqaüdə çıxıb və onun yaşadığı kənddə və Salyan rayonu ərazisində hektarlarla istixana sahəsi var imiş. Sabiq baş həkim meyvə-tərəvəzin topdan satış biznesi ilə məşğul olub. Ailənin bir övladı Bakıda həkim, iki övladı isə müəllimdir. Ər - arvad övladlarından ayrı kənddə yaşayırlar.

İlkin məlumata görə, onlar iplə boğularaq öldürülüb. Hadisənin tamah məqsədi ilə törədiıdiyi ehtimal olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR