İnsanlara hürriyət, millətlərə istiqlal!

iPhone telefonlarının bu modelində dizayn kəskin dəyişəcək

"Apple" şirkəti iPhone telefonlarının 20 illik yubileyinə qədər smartfonlarının dizaynını əsaslı şəkildə dəyişməyi planlaşdırır.

Bu barədə "9to5Mac" portalı məlumat yayıb.

Məlumata görə, bu cəsarətli dizayn dəyişikliyi böyük ehtimalla yalnız "iPhone 19 Pro" modelində gerçəkləşəcək.

Bu dəyişikliklər çərçivəsində qatlanan iPhone modelinin də təqdim ediləcəyi gözlənilir. Amma əsas diqqət tamamilə yenilənmiş və Pro modelinə yönəldilib.

Əgər planlar dəyişməzsə, bu yeni cihaz Apple-ın keçmiş baş dizayneri Coni Ayvın uzun müddətdir arzuladığı dizaynı reallaşdıra bilər. Məlumatlara görə, Ayv hər zaman bir parça şüşə kimi görünən iPhone xəyal edib. Bu ideya xüsusilə "iPhone X" modelinin təqdimatında ön plana çıxmışdı.

Son illərdə Apple daha qalın və az incə modellər təqdim etməklə Ayvın ideyalarından uzaqlaşmışdı. Ancaq görünür, şirkət yenidən o ideyalara qayıdır. Bu dönüş cari ilin sonlarında təqdim olunacaq ultranazik "iPhone 17 Air" modeli ilə başlayacaq və növbəti nəsillərdə davam edəcək./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR